Bakıda görünməmiş olay: bir şillə ilə iş yoldaşını öldürdü
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında baş vermiş münaqişə zəminində E.Əliyev şillə ilə A.İsmayılovu vurub. A.İsmayılov hadisə yerində ölüb.
E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.