DB Azərbaycanda avtomobil yolunun tikintisi üçün krediti təsdiq etdi
Dünya Bankının (DB) Direktorlar Şurası Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində əlavə vəsaiti təsdiq etdi.
Bu barədə bankın rəsmi bəyanatından bildirilir.
Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupuna daxildir) xətti ilə ayrılacaq.
Layihənin əlavə maliyyələşdirilməsinin ümumi dəyəri 186,6 milyon dollardır. Bunu 46,6 milyon dolları hökumətin payına düşür.