azia.az
azia.az

"Azərbaycan məhsullarının Rusiyaya ixracında problem yoxdur"

24-06-2016, 22:08

"Azərbaycan məhsullarının Rusiyaya ixracında problem yoxdur" Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində iyun ayı ərzində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Agentliyi tərəfindən Azərbaycandan bu ölkəyə 238 kq meyvə və giləmeyvənin idxalına qadağa qoyulması barədə yayılmış məlumatlara münasibət bildirib.

DGK-nın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyun ayının ilk ongünlüyündə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb. Belə ki, son 3 gündə - iyunun 21-dən 24-ə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiyaya yola salınıb.
Göründüyü kimi, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında heç bir problem müşahidə olunmur.

Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına Rusiyanın müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır. Əlbəttə ki, bu təhlil aparılarkən miqdarı az olmasına baxmayaraq ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər də başa düşüləndir. Ancaq beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları sahəsində həyata keçirilən idxa -ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və təbii qarşılana bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi