Neftin qiyməti bahalaşır
Qiymət Səudiyyədə və Kanadada baş verən hadisələr fonunda artır.
London birjalarında həftənin ilk günü Brent markalı neftin bir barelinin qiyməti 46 dollar həddini keçib. ANS PRESS-in məlumatına görə, mayın 6-da neftin qiymətinin bir bareli həftəyə 45.37 dollarla ötən yekun vurub. Brent markalı neftin qiymətinin iyul dəyəri maksimum (Bakı vaxt ilə 02:31 də) 46.48 dollar həddində müəyyən edilib. Lakin sonra ani sıçayışla 45.81 dollar həddinə düşüb ki, Brent nefti Bakı vaxtı ilə 07:40-dan bu qiymətə satılır.
Səudiyyə kralı ölkənin ən vacib nazirliyində dəyişiklik etdi
Bloomberg agentliyi kotirovkalardakı artıma səbəb kimi Kanadanın neft hasil edən mərkəzində - Alberta əyalətində tuğyan edən meşə yanğınları və Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naiminin istefasını göstərir.
“Bazar Kanadada baş verən yanğınlar səbəbindən ehtiyatlı davranır və həmin yanğınların regionun əsas neft istehsalına yaxın ərazilərdə baş verməsini nəzərə alaraq bir az yüksək qiymətləri dəstəkləyir”, - deyə "Bloomberg"ə Sidneyin “Fat Prophets Fat” agentliyinin analitiki Devid Lennoks şərh edib.
İyul ayına olan fyuçerslərdə Brent markalı neftin bir barelinin qiyməti 0.86 faiz artaraq 45,41 dollara çatıb. Eyni zamanda WTI markalı neftin qiyməti 1.34 faiz artaraq 44,80 dollar təşkil edib.
Neftin 09.06.16 tarixinə olan qiyməti
“Financial Times”ın yazdığına görə, Böyük Britaniyanın konsaltinq şirkəti “Energy Aspects”in analitiklərinin hesablamalarına görə, Alberta əyalətində baş verən meşə yanğınları bu ölkədən ixrac edilən neftin sutkalıq 800 min barel azalmasına səbəb olub. Analitiklərin qiymətləndirmələrinə görə, vəziyyət qeyri-stabildir və gələcəkdə də müəyyən fasilələr gözləmək olar.
Meşə yanğınları şəhəri dünyadan təcrid edib
"Neftin qiymətinin artmasına səbəb Kanadadakı meşə yanğınlarıdır”.
Analitik Devid Lennoksun sözlərinə görə, bazara Ər-Riyadda baş verən hadisələr də təsir edir.
“Şübhəsiz ki, Səudiyyə Ərəbistanı siyasəti işləyir və biz hasilatın azalmasını ABŞ-da da müşahidə edirik. Neft ehtiyatlarındakı son vəziyyət, yəqin ki, ABŞ-a ciddi rəqabət aparmağa imkan verməyəcək”, - deyə analitik əlavə edib.
Əli əl-Naimi - Səudiyyə Ərəbistanının sabiq neft naziri
Səudiyyə Ərəbistanın neft naziri ölkədə aparılan irimiqyaslı dəyişikliklər və aprelin sonunda tətbiq edilən dövlətin inkişaf proqramı fonunda vəzifəsindən azad olunub. Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd bin Salman bu planın qəbul edilməsindən sonra bəyan edib ki, 2020-ci ilə qədər Səudiyyə Ərəbistanı neftdən asılılığını sona çatdıra bilər.
“The Wall Street Journal” Səudiyyə Ərəbistanının neft nazirinin istefasından sonra neftin qiymətinin qəflətən artmasının gözlənilməz oluduğunu, hətta bəzi ekspertlər həmin vəzifəyə “Saudi Aramco”nun rəhbəri Xalid əl-Falixin gəlməsindən sonra neftin qiymətinin daha da aşağı düşəcəyini gözlədiklərini bildiriblər.