Azərbaycan nefti bahalaşdı
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar bahalaşaraq 45,02 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,57 dollar azalaraq 44,53 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.