azia.az
azia.az

Qaçqınlarla türklər arasında kütləvi dava: Polis silaha əl atdı

6-06-2019, 07:21


Türkiyədə suriyalı qaçqınlarla yerli əhali arasında kütləvi dava baş verib.

azia.az xəbər verir ki, hadisə Kocaelinin Gölçük qəsəbəsində baş verib.
Qaçqınlarla türklər arasında kütləvi dava: Polis silaha əl atdı
Suriyalılarla türk sakinlər arasında başlayan mübahisəyə kənarda olan digər suriyalı qaçqınlar da qoşulub və beləcə vəziyyət nəzarətdən çıxıb. Məhəllə sakinləri ilə suriyalı qaçqınların kütləvi davasına polis müdaxilə edib, ancaq vəziyyəti nəzarətə almaq mümkün olmayıb. Bu zaman polis havaya atəş açaraq, tərəfləri bir-birindən ayırıb.

Hadisənin videogörüntülərindən bəlli olur ki, suriyalı qaçqınlar “Allahu Əkbər” deyərək, yerli türklərin üzərinə hücum edir.

Hadisədən dərhal sonra əraziyə çoxlu sayda polis cəlb olunub. Şəhər rəhbərliyi hadisədən sonra yerli sakinləri sakitləşdirməyə çalışıb. Dava salan 31 suriyalının evləri boşaldılıb və onlar miqrasiya şöbəsinə aparılıb. Onlar Türkiyənin başqa qaçqın düşərgələrinə göndərilib. Hadisəyə görə həbs edilən 8 türk isə ifadə verdikdən sonra azadlığa buraxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi