azia.az
azia.az

Məktəblilər arasında dava - Ölən var + Yenilənib

28-05-2017, 10:17

Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğludur. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Kənan ilə dalaşan digər məktəbli polis tərəfindən ifadəsi alınması üşün saxlanılıb.

***

20:09

Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib.

"Report"un Cənub bürosunun məlumatına görə, dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.

Nəticədə Kənan gicgah nahiyəsində aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi