azia.az
azia.az

Putin aviasiya bölmələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bəyan edib

16-05-2019, 08:39

Putin aviasiya bölmələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bəyan edib
Pusiya Prezidenti Vladimir Putin 2028-ci ilədək üç aviasiya bölmələrinin tamamilə ən son “Su-57” təyyarələri ilə yenidən təchiz etməyin zəruri olduğunu deyib.
ONA Rusiya KİV-ə istinadən xəbər verir ki, yeni nəsil qırıcılarının unikal xüsusiyyətlərə malik olduğunu deyən prezident diqqətə çatdırıb ki, bunlar dünyanın ən yaxşı texnikasıdır."Biz Rusiyanın hərbi aviasiya potensialını tamamilə ən müasir hava gəmilərindən təşkil etməyi hədəf götürmüşük. Müasir texnoloji yeniliklərlə təchiz edilmiş “Su-35S” və “Su-57” döyüş təyyarələri bu baxımdan çox böyük rol oynayır", - deyə Putin vurğulayıb.
O, həmçinin, döyüş aviasiyasının daha da inkişaf etdirilməsilə yanaşı, yeni hava vasitələrinin tədarükünün və peşəkar uçuş heyətinin hazırlanmasının da vacibliyindən bəhs edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi