azia.az
azia.az

Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi

Bu gün, 11:27

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.

Azia.az  xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi