azia.az
azia.az

Hacı kimi tanınan tikinti maqnatı ABŞERONU “İŞĞAL“ edib-Abidin Fərzəliyevin rəsmi icazəsi də yoxdur/İDDİA

Bu gün, 12:33

HACI adlı tikinti icraçısı Niyə İsrailin yox Nağıyevin adını hallandırır?

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Məqsəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsidir.

İndi gəlin görək Prezidentin bu tapşırığına məmurlar əməl edirmi. Elə redaksiyanın elektron ünvanına göndərilən məlumatda Abşeron rayonunu satın aldığı iddia edilən Hacı adlı tikinti icraçısının ətəyindən yapışdığı iş adamlarının qanunsuz əməllərindən söhbət açılır. 

Belə ki, Xırdalan şəhərində 4 dənə ayrı-ayrı ünvanda, sonuncu isə "Kapital bank"ın arxa hissəsində, Hökməli qəsəbəsində və hal-hazırda isə Masazırda işini tam sürəti ilə davam elətdirir. Onun apardığı tikintinin qarşısında tikinti barədə heç bir lövhəyə rast gələ bilmərsən. Əməyin mühafizəsi sıfır səviyyədədir. İşçilərlə əmək müqaviləsi bağlanmayıb. Maraqlısı odur ki, hündürmərtəbəli binalara xərclənən vəsaitin mənbəyi də məlum deyil.

Hacının gələn yoxlamalara hədə-qorxu vasitəsi kimi adlarını hallandırdığı rəsmi şəxslərin vəzifə ranqlarını eşitdikdə tikintinin niyə bu sürətlə getdiyinin şahidi olursan. Adamın inanmağı gəlmir. İnanmaq olmur ki, Hacının qanunsuz əməllərini Nağıyev kimi dövlətin sütununa rəhbərlik edən adamın gölgəsində pərdələməsi Böyük risk və məsuliyyət tələb edir. Nağıyev ölkənin bir nömrəli generalıdır. Məlumdur ki, onun bu çirkin işlərdən xəbəri yoxdur. Biz redaksiya olaraq Aidiyyatı qurumlara bu barədə məlumat ünvanlayırıq. 

Deyilənə görə İcra hakimiyyətinin də sözügedən tikinti barədə müvafiq sənədi yoxdur.  Hər kəsdən uzaqda duran İsrail müəllim kimdir? Kimlərlə qohumluq əlaqələri var, şərikləri kimlərdir?(Bu barədə araşdırmadan sonra)

Bəs qanunun NƏYİ TƏLƏB EDİR?

Tikinti məqsədi ilə icazə almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də özbaşına tikinti hesab olunur. 

Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Redaksiya olaraq yazını tədbir görülməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin rəhbərliyinə, 

 TikintidəTəhlükəsizliyə Nəzarət Dövlət  Agentliyinə, 

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlayırıq.

Jurnalist araşdırmalarımız davam edir.

 Azia.az,

Araşdırma qrupu.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi