azia.az
azia.az

Magistraturada boş qalan yerlərin səbəbi açıqlandı

Bu gün, 12:39

"Magistratura imtahanında məntiqdən 50 sualın salınması düzgün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, məntiq fənnindən 20 sual təyin olunmalıdır:

"Əsas diqqət informatika, xarici dil və ixtisas üzrə bilik və bacarıqların qiymətləndirilməsinə yönəldilsə, magistraturaya qəbul baxımından daha düzgün yanaşma olardı".
 



Elçin Əfəndi bildirib ki, magistratura imtahanlarında məntiq fənninin çəkisi uzun illərdir müzakirə mövzusudur:

"İmtahanda ən çox sual məntiq fənnindəndir - 50 sual. Bu sualların müəyyən hissəsi riyazi məntiqə aid olduğundan humanitar ixtisasları bitirən bakalavrlar onları cavablandırmaqda çətinlik çəkirlər. Digər tərəfdən, nə ümumi orta təhsil məktəblərində "Məntiq" adlı ayrıca fənn tədris olunur, nə də ali təhsil müəssisələrinin bütün ixtisaslarında bu fənn keçilir. Buna baxmayaraq, magistraturaya və dövlət qulluğuna qəbul zamanı, eləcə də bir sıra digər müsabiqələrdə namizədlərin məntiq üzrə bilik və bacarıqları yoxlanılır".

Ekspert hesab edir ki, məntiq fənni imtahanda qalmalıdır, lakin onun payı daha balanslı müəyyənləşdirilməlidir:

"Məntiq insanın analitik təfəkkürünün inkişafı, səbəb-nəticə əlaqələrinin qurulması və düzgün mühakimə yürütməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, məntiq fənninin imtahanda olması vacibdir. Ancaq onun digər fənlərlə nisbəti daha balanslı şəkildə müəyyən edilməlidir".

Bahar Rüstəmli



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi