azia.az
azia.az

Narkoloji Mərkəz həm də cinayətkarların sığınacağı imiş

28-03-2019, 16:35

Narkoloji Mərkəz həm də cinayətkarların sığınacağı imişNarkoloji Mərkəzdə müalicə olunan, məlum yanğın hadisəsi zamanı sağ qalan zərərçəkmişlərdən birinin etirafı bu Mərkəzdə baş verən daha bir cinayət faktını üzə çıxarıb. Məlum olub ki, Şamaxıda həyat yoldaşını ölümcül döyüb xəstəxanalıq edən Şirzad Əsədov ad-soyadını dəyişərək xəstə kimi Narkoloji Mərkəzdə gizlənib. Baş həkim isə ondan nə sənəd tələb edib, nə də göndəriş vərəqəsi.
Əslində isə Mərkəzə xəstə qəbulu müvafiq tibb müəssisələrinin göndərişi əsasında aparılır. Ən azı xəstə qeydiyyatdan keçərkən sənədləri yoxlanılmalı, barəsində müvafiq araşdırma aparılmalıdır. Amma Narkoloji Mərkəzdə adam öldürməyə cəhd edən qatı cinayətkarı başqa ad altında gizlədiblər. Və çox güman ki, bu təkcə səhlənkarlığın nəticəsi deyildi...
Narkoloji Mərkəzdə yol verilmiş qanunsuzluq Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Şamaxı rayon sakini Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesində ictimailəşib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi