azia.az
azia.az

Azərbaycanda qeydiyyatda 28 min 555 nəfər narkoman var

15-03-2016, 13:18

Azərbaycanda qeydiyyatda 28 min 555 nəfər narkoman var Azərbaycanda son 9 ildə ilk dəfə qeydiyyatda olan narkomanların sayı azalıb.
Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb.
Keçn il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 2 min 118 (1331-i dispanser, 787-i profilaktik) nəfər qeydiyyatdan çıxıb, 2 min 17 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb. Beləliklə, ölkədə qeydiyyatdan olan narkomanların ümumi sayı 101 nəfər azalaraq 28 min 555 nəfər olub.
Qeyd edək ki, Respublika Narkoloji Mərkəzində 2007-ci ildə 20 min 205, 2008-ci ildə 22 min 394, 2009-cu ildə 23 min 927, 2010-cu ildə 25 min 489, 2011-ci ildə 26 min 716, 2012-ci ildə 27 min 910, 2013-cü ildə 28 min 376, 2014-cü ildə 28 min 656 narkoman qeydiyyatda olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi