CAR-da marixuana leqallaşdırıldı
Azia.az: Cənubi Afrika Respublikasının Ali Məhkəməsi marixuananın leqallaşdırılması ilə bağlı qərar qəbul edib
Bununla bağlı “BBC News” məlumat yayıb.
Hakimlər yekdilliklə qərar veriblər ki, yetkinlik yaşına çatan istənilən vətəndaş qeyri-ictimai yerlərdə narkotik qəbul edə bilər. Bundan başqa, CAR-da şəxsi tələbat üçün çətənə yetişdirməyə və saxlamağa da icazə verilib.
Qadağanın aradan qaldırılmasına narkotik üstündə həbs edilən 3 afrikalı olub. Onların fikrincə, narkotikə qadağa qoyulması onların şəxsi həyatına müdaxilədir.
Marixuananın ictimai yerlərdə istifadəsi, eləcə də satılması və bu məqsədlə yetişdirilməsi qanunla qadağandır. (oxu.az)