azia.az
azia.az

"Zalendes20" rekord borcla ifşa olundu: Riskli şirkətin rəhbəri kimdir?

Bu gün, 07:26

Bakıda fəaliyyət göstərən  "ZALENDES20" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan astronomik borcu və qaranlıq fəaliyyəti üzə çıxıb.

32gun.az xəbər verir ki, "ZALENDES20" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında rəsmən 876 740.37 AZN məbləğində nəhəng vergi borcu öhdəliyi ifşa edilib.

Nizamnamə kapitalı cəmi 10 manat olan bu şirkət barəsində vergi orqanları tərəfindən rəsmi olaraq "Riskli vergi ödəyicisi" qərarı çıxarılıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 52, mənzil 11 olan şirkətin qanuni təmsilçisi və rəhbəri Zaur Hamil oğlu Cəfərovdur. Bir qutu siqaret qiymətinə təsis edilən şirkətin rəsmi olaraq riskli statusu alması və qısa müddətdə milyona yaxın borca batması diqqətləri qurumun şübhəli maliyyə dövriyyəsinə yönəldib.

Ayaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi