azia.az
azia.az

İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib

Bu gün, 10:23

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda "Hizbullah" radikal hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

Xəbər verilir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi Eyn ət-Tina yaşayış məntəqəsi ərazisindəki təlim düşərgəsində yerləşdirilmiş onlarla raket və buraxılış qurğusu olub. Obyekt "Radvan" xüsusi təyinatlı bölmələri tərəfindən istifadə olunub.

İMQ-dən bildirilib ki, silahlar İsrailə hücumlar üçün nəzərdə tutulmuşdu, zərbələr isə təhlükəni aradan qaldırmaq məqsədilə endirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi