azia.az
azia.az

Əhali sayına görə DÜNYADA BİRİNCİ oldular

18-04-2024, 09:41

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub.

Valyuta.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.

Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.

İkinci yerdə 1 milyard 425 milyonla Çindir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

BMT-nin hesablamalarına görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm səkkiz olub.

Hesabata görə, hazırda Hindistan əhalisinin 26 fazii 10-24 yaş arasındadır.

Ötən il ölkədə orta ömür həddi kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilib.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1 milyard 210 milyon idi.

Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1milyard 426 milyon nəfərə çatıb və azalmağa başlayıb.

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar.

Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi