ERMƏNİLƏR Ermənistan-İran magistral yolunu bağladı
Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etirazlar davam edir.
“Vətəndaşlar Ermənistan-İran magistral yolunun Yeqnadzor şəhəri yaxınlığındakı hissədə traktorlarla kəsiblər”, – nəşrlər yazıb.
Yeqeqnadzor şəhəri İrəvandan təxminən 130 km aralıda yerləşir. Yayımlanan görüntülərdə bir neçə traktorun yolu bağladığı görünür. Onların yaxınlığında avtomobillər və yük maşınları dayanıb.