azia.az
azia.az

ABŞ-da kimyəvi maddə sızmasından 17 nəfər zəhərləndi

18-06-2016, 07:04

ABŞ-da kimyəvi maddə sızmasından 17 nəfər zəhərləndi ABŞ-ın İtaska şəhərində (İllinoys ştatı) İsveçrənin “Nestle” şirkətinə məxsus “Willy Wonka” şokolad fabrikində kimyəvi maddənin sızması nəticəsində 17 nəfər zəhərlənib

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı fabrikdə 50 işçi olub.

Hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. Daha 6 nəfərə ambulator yardım göstərilib.

İnsidentə səbəb rütubətliyi tənzimləyən sistemdə istifadə olunun kimyəvi məhlulun sızması olub. Hazırda müəssisə normal iş rejimində fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi