azia.az
azia.az

Kayseridə partlayışla bağlı 15 nəfər saxlanıldı

18-12-2016, 10:30

Kayseridə partlayışla bağlı 15 nəfər saxlanıldı
Türkiyənin Kayseri şəhərində ötən gün törədilən partlayışla əlaqədar saxlanılan şəxslərin sayı 15-ə çatıb. APA-nın xəbərinə görə, bu barədə “Milliyet” yerli prokurorluğa istinadən məlumat yayıb.

Bundan əvvəl 7 nəfərin saxlanıldığı, daha 5 nəfərin axtarıldığı bildirilmişdi.

Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb. Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.

Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.

Terror aktının PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi