azia.az
azia.az

Putin Ukraynanı HƏDƏLƏDİ

10-10-2022, 14:45


Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil.

 

Sfera.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

 

Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi ilə bağlı danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub.

 

Putin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb. “Səhər yüksək dəqiqlikli silahlara Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, deyə o qeyd edib.(APA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi