azia.az
azia.az

“Ermənilər təkcə rusları deyil, İranı da satdılar”

8-10-2022, 13:53


“Türkiyə ilə Ermənistan arasında danışıqların aparılmasına bir neçə dəfə cəhd edilib. Son illər Prezident Ərdoğanın tapşırığı ilə Türkiyənin ABŞ-dakı səfiri işləmiş diplomat Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndə təyin olunub və müəyyən müzakirələr də keçirilib. Bu baxımdan Praqadakı görüş üçün həm də zəmin yaranmışdı, müəyyən hazırlıq işləri aparılmışdı. Bu görüş də Ərdoğanın istədiyi şəkildə keçdi. Türkiyə prezidenti açıq elan etdi ki, Ermənistan Azərbaycanla sərhədlərini müəyyən etsin, ərazi bütövlüyünü tanısın, biz də Ermənistanla quru və hava yolunu açmağa hazırıq. Əlbəttə, digər şərt saxta soyqırımı məsələsidir və bunu da Türkiyə asanlıqla həll edəcək”.

Demokrat.az xəbər verir ki,bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Türkiyə Prezidenti Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüşü şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, bundan sonra Türkiyə ilə Ermənistan arasında kontaktlar davam edəcək:

"Bu həm də Ərdoğana imkan verəcək ki, seçkilərdə Türkiyədə yaşayan ermənilərin səsinin rəqiblərə getməsinin qarşısını alsın".

Cümşüd Nuriyev söyləyib ki, İran Türkiyə-Ermənistan əlaqələrinə müsbət yanaşmayacaq:

“İran ayılsın, fikirləşsin və görsün ki, qardaş dedikləri ermənilər onları satdı. Ermənistana Avropa missiyasının gəlməsinin ən böyük ziyanı İranadır. Fransa İranı dağıtmaq istəyir.

Rusiyanın isə ciddi şansı yoxdur. Hazırda onların başı Ukraynaya qarışıb. Üstəlik Harvard sənədi açıqlandıqdan sonra Huyuston Universitetinin də sənədi ortaya çıxıb. Həmin sənəddə Rusiyanın gələcək durumu haqqında danışılır, bu ölkənin bir neçə yerə parçalanacağından bəhs edilir. Bu baxımdan Rusiya Ermənistan-Türkiyə münasibətlərinin qurulmasına qarşı çıxmayacaq, müsbət yanaşacaq. Hazırda Rusiya-Türkiyə münasibətləri normaldır. Həm də indi Rusiyaya ikinci cəbhə lazım deyil”.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi