azia.az
azia.az

Böyük Britaniyanın Ukrayna ilə bağlı gələcək planları açıqlanıb

4-10-2022, 08:21

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Birmingemdə, hakim Mühafizəkarlar Partiyasının qurultayındakı çıxışının mətnindən bəzi fraqmentlər dərc olunub.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Xarici işlər nazirinin çıxışı göstərir ki, Britaniya hökuməti Kiyevin qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər Ukraynaya hərbi və iqtisadi yardım göstərməyə davam edəcək.

London hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın dağılmış infrastrukturunun bərpasına da yardım etməyi planlaşdırır.

“Müharibədə qalib gələnə qədər, suverenliklərini bərpa edənə qədər onlara kömək edəcəyik. Biz heç vaxt Luqanskın, Donetskin, Xersonun, Zaporojyenin və ya Krımın ilhaqını tanımayacağıq”, - çıxışın mətnində deyilir.

Kleverli əlavə edib ki, London Ukrayna hakimiyyətini qələbəyə çatdırmaq üçün strateji dözümə malikdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi