ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutuldu
Suriyanın şimal-şərqində ABŞ əsgərlərinin yerləşdiyi “Green Village” hərbi bazası bazar günü axşam raket atəşinə tutulub.
Xəbər verilir ki, bu barədə “Axios” xəbər portalı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.
Bildirilib ki, raket hücumu uğursuz olub.
Hücuma görə kimin məsuliyyət daşıdığı müəyyən edilməyib. Lakin avqust ayında ABŞ ordusu bazaya İranın dəstəklədiyi silahlılar tərəfindən hücum edildiyini bildirib.
İqbal Rzayev,