azia.az
azia.az

"III Çarlz taxtda çox qalmayacaq, yeni kral isə..." - Nostradamusun kəhanəti Britaniyanı qarışdırdı

13-09-2022, 19:19

"III Çarlz taxtda çox qalmayacaq, yeni kral isə..." - Nostradamusun kəhanəti Britaniyanı qarışdırdı
Hələ də kəhanətləri ilə tez-tez gündəmə gələn kahin Nostradamusun 1555-ci ildə yazdığı şeirlər yeni bir mübahisəyə səbəb olub.
Bakupost.az "Daily Star" qəzetinə istinadən bildirir ki, həmin şeirlərin Böyük Britaniyanın yeni kralı III Çarlzla bağlı kəhanətə işarət etdiyi deyilir. Kəhanətə görə, III Çarlz taxtda çox qalmayacaq, yeni kralın kimliyi isə hamı üçün sürpriz olacaq.
Bu iddia ilə Nostradamusun kəhanətləri üzrə mütəxəssis Mario Ridinq çıxış edib. O, həmin şeirləri araşdıraraq bu nəticəyə gəldiyini ifadə edib.
"Heç vaxt kral olmağı gözləməyən bir adam yerini tutacaq" cümləsini diqqətə çatdıran Mario bunun yeni kralın kimliyinə işarə etdiyini dilə gətirib.
Sentyabrın 8-də kraliça Elizabetin ölümündən sonra onun oğlu III Çarlz taxta çıxıb. Kral Uels şahzadəsi titulunu isə böyük oğlu Uilyama verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi