azia.az
azia.az

Litva Ukraynaya 37 “Warmate” zərbə dronu verəcək

27-08-2022, 13:23

Litva Ukraynaya 37 “Warmate” zərbə dronu verəcək
Litva Ukraynaya təhvil vermək üçün Polşadan daha 37 “Warmate” kamikadze dronu alacaq.

Xəbər verilir ki, bu barədə Baltikyanı respublikanın müdafiə naziri Arvidas Anuşauskas feysbuk səhifəsində bildirib.

"Toplanılan vəsaitin bir hissəsi - 1 milyon avro dövlət dəstəyi kimi Müdafiə Nazirliyinə veriləcək və Polşada Warmate kamikadze pilotsuz təyyarələrinin alınması, Ukraynaya ötürülməsi üçün istifadə olunacaq. Müdafiə nazirinin müavini Vilyus Semeşka Varşavada istehsalçılarla danışıqları başa çatdırıb. 37 kamikadze dron “Warmate” (şirkətin hədiyyə edəcəyi on dron daxil olmaqla) və iki dəst lazımi əlavələr alınacaq”, - müdafiə naziri sosial şəbəkə hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi