azia.az
azia.az

Qadın sosial şəbəkədə canlı yayım açdı, sonra hovuzda boğuldu - FOTO

25-08-2022, 08:56


Kanadada 24 yaşlı qadın sosial şəbəkədə canlı yayımda ikən yol kənarındakı hotelin hovuzunda boğularaq ölüb.
Qadın sosial şəbəkədə canlı yayım açdı, sonra hovuzda boğuldu - FOTO


Xəbər verilir ki, hadisə Ontarioda baş verib.



Hovuzda üzən qadın canlı yayım açaraq abunəçilərinə necə üzdüyünü göstərmək istəyib. O, əvvəlcə hovuzun dayaz hissəsində dayanıb. Daha sonra kanadalı telefonu hovuzun kənarına qoyaraq suyun dərin olduğu yerə üzüb.
Nəticədə canlı yayımın izləyiciləri faciənin şahidi olublar. Onlar yardım çağırışları eşidiblər, lakin tezliklə səs kəsilib.



Bir müddət sonra isə qadının hovuzdakı meyiti hotel qonaqları tərəfindən tapılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi