Dollar bahalaşdı - 18 lirə
Dollar lirə qarşısında 0.15% bahalaşaraq 18.10 lirəyə çatıb.
"Margin.az" xəbər verir ki, avro lirə qarşısında isə 0.16% dəyər qazanaraq 18.41 lirə olub.
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib
Dollar-lirə məzənnəsinin yüksəlməsinə səbəb bu gün Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 14%-dən 13%-ə endirməsi olub.