azia.az
azia.az

London metrosu PARTLADILDI

17-08-2022, 15:46

London metrosu PARTLADILDI
İngiltərənin paytaxtı Londonun mərkəzində yerləşən metro stansiyasında partlayışla müşayiət olunan yanğın baş verib.

Azia.az xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Hadisə ilə əlaqədar "Southwark" və "London Bridge" stansiyaları müvəqqəti bağlanıb, insanlar təxliyə ediliblər.

Yaxınlıqda yerləşən binaların sakinlərinə küçəyə çıxmamaq və ehtiyatlı olmaq tapşırılıb. Hazırda yanğının söndürülməsinə 70 nəfər cəlb olunub.

Hadisə barədə əlavə məlumat verilməyib. Ölən və xəsarət alanların olub-olmadığı da bəlli deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi