azia.az
azia.az

Ev almaq istədi, "səhvən" məhəlləni aldı

17-08-2022, 15:45

Ev almaq istədi, "səhvən" məhəlləni aldı
ABŞ-ın Nevada ştatında yaşayan bir qadın $594 min 481 ödəyərək ev almaq istəyərkən “səhvən” məhəlləni alıb.

Azia.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Sənədləşmə zamanı buraxılan səhvə görə qadın 84 ev və 2 torpaq sahəsinə sahib olub.

“The Reno Gazette Journal” adı açıqlanmayan qadınla əlaqə saxlayıb. O, Reno şəhərinin şimal-şərqində bir ev almaq istədiyini bildirib və “şərh yoxdur” (no comment) cavabını verib.

Səlahiyyətli şəxslər sənədlərdə böyük bir səhv olduğunu tez anlayıblar, lakin qadının təsadüfən sahib olduğu 84 ev və 2 torpaq sahəsindən imtina edib-etməyəcəyi məlum deyil.

Ekspert Cori Burke bunun Las-Veqasda yerləşən “Westminster Title” şirkətinin hərf səhvinə görə ola biləcəyini deyib: “Belə görünür ki, “Westminster Title” Las-Veqasdakı başqa bir transferin qanuni bəyanatı kopyalayıb yapışdırıb. Bu vəziyyəti maraqlı hala gətirən isə qeyd olunan rəqəmlərin yüksək olmasıdır”.

Qeyd: Foto Associated Press-ə məxsdudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi