azia.az
azia.az

Qazaxıstan Prezidentinə qarşı sui-qəsd cəhdini kim edib?

9-08-2022, 15:38

Qazaxıstan Prezidentinə qarşı sui-qəsd cəhdini kim edib?
Əks-kəşfiyyat xarici casusu yaxaladığını bildirib

Azia.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Qazaxıstanda ölkə Prezidenti Kasım-Jomart Tokayevə qarşı sui-qəsd törətməyi planlaşdıran cinayətkarın kimliyi müəyyən edilib. Bu barədə məlumatı respublikanın Milli Təhlükəsizlik Komitəsi verib. Komitənin “Express K” portalının rəsmi sorğusuna cavabında deyilir: “Nəzərinizə çatdırırıq ki, Milli Təhlükəsizlik Komitəsi Atıqaev Ayan barəsində Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinin 1-ci bəndi və 255-ci maddəsinin 4-cü bəndində qeyd edilən cinayətlər üzrə cinayət işini araşdırır”.

Cinayətin isbat ediləcəyi təqdirdə, şübhəli ömürlük həbs cəzası ala, vətəndaşlıqdan məhrum oluna və əmlakı müsadirə edilə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi