azia.az
azia.az

“Ferrari”də tur atan müsəlmanlar Londonda HƏBS OLUNDULAR + FOTO

30-07-2022, 07:52


Londona köçən 24 yaşlı Adəm İslam sığorta şirkətindən pul mənimsəmək üçün hiyləyə əl atıb.
“Ferrari”də tur atan müsəlmanlar Londonda HƏBS OLUNDULAR + FOTO


Xəbər verilir ki, İslam özünə məxsus “Toyota MR2” markalı avtomobilini “Ferrari”yə çevirib.



O, idman avtomobilinin tanımadığı biri tərəfindən vurulduğunu əsas gətirərək sığorta şirkətindən 29 min funt sterlinq (36 min dollar) tələb edib.


Müstəntiqlər baş verən “qəzanı” tez bir zamanda üzə çıxarıblar. İslamın “Facebook”da paylaşdığı fotoşəkillərdən məlum olub ki, Məhəmməd Xayer adlı digər şəxs icarəyə götürdüyü “Audi A1” markalı avtomobili sürərkən saxta “Ferrari” ilə toqquşub.

İslamın Məhəmmədlə əlbir olub sığorta almaq planları üzə çıxıb. Onların hər ikisi dələduzluq etdiklərini etiraf ediblər. Dələduzlara müvafiq olaraq il yarım həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi