"Nə etdiyinə bir bax Dik, hamı Təbriz barədə oxuyur!” - ABŞ-dan açıqlama
ABŞ-ın eks-prezidenti Corc Buşun hakimiyyəti illərində Pentaqonun aparat rəhbərinin müavini olmuş Maykl Doran bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dikin Təbrizlə bağlı paylaşımını şərh edib.
O, BakuTV-nin sosial şəbəkə səhifəsində yayımlanan fotolara işarə edərək: “Nə etdiyinə bir bax Dik, hamı Təbriz barədə oxuyur!”, – yazıb.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri “Təbrizin sehrli Nağılları” kitabını paylaşaraq, onun vasitəilə Azərbaycan tarixi barədə çoxlu yeni məlumatlar əldə etdiyini yazmışdı.