Ukrayna taxılının daşınacağı dəhlizə hərbi gəmi yaxınlaşa bilməyəcək
Ukraynadan gedən və qayıdan gəmilər Türkiyədə yaradılacaq nəzarət qrupları tərəfindən yoxlanılacaq.
Xəbər verilir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatındakı (BMT) bir mənbə bildirib.
“Mərkəzin icazəsi olmadan və bütün tərəflərlə əvvəlcədən məsləhətləşmədən heç bir hərbi gəmi, təyyarə və ya pilotsuz uçuş aparatı humanitar dəhlizə Birgə Koordinasiya Mərkəzi tərəfindən müəyyən edilmiş məsafədən daha yaxın gələ bilməyəcək”, - mənbə deyib.