“Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
“Kiyevə vaxtında hərbi yardımın göstərilməsi hərbi əməliyyatları 2022-ci ilin sonuna qədər başa çatdırmağa imkan verəcək”.
Xəbər verilir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, tərəfdaşlardan güclü silahlar vaxtında Ukraynaya çatdırılarsa, ölkəsi 2022-ci ilin sonuna qədər çox şeyə nail ola və müharibəni dayandıra bilər.
Ukrayna lideri ABŞ Prezidenti Cozef Baydenin ölkəsinə səfər edəcəyinə də ümid etdiyini bildirib.