BİABIRÇILIQ! Müəllimin ögey qızının başına açdığı oyuna görə ölkə polisi TƏCİLİ hərəkətə keçdi (FOTO)
Rusiyanın Volqoqrad vilayətində qadın səkkiz yaşlı ögey qızını döyüb və başına isti ütü qoyub.
Xəbər verilir ki, bu barədə İstintaq Komitəsinin region üzrə şöbəsi rəisinin böyük köməkçisi Darya Buyanova bildirib.
Onun sözlərinə görə, Krasnıy Oktyabr kəndindəki fərdi evlərin birində 40 yaşlı qadın uşağı döyüb. İstintaq müəyyən edib ki, qadın 2022-ci ilin may ayından iyun ayına kimi uşağı döyürmüş.
Qadın azyaşlının başına huşunu itirənə qədər vurub, əlləri, ayaqları və kəməri ilə döyüb. O həmçinin ögey qızının başını tualetə endirib, suyu buraxırmış. İstintaq Komitəsinin məlumatına görə, qız zorakılığa dözmədiyi üçün nənəsinin yanına qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını saxlayıb, yaralı qız xəstəxanaya yerləşdirilib. Bildirilib ki, rusiyalı qadın əvvəllər məktəbdə müəllimə işləyib.