azia.az
azia.az

SON DƏQİQƏ: Ukrayna Qara dənizdəki qazma qurğularına edilən hücumun əvəzini belə çıxdı

20-06-2022, 20:12

SON DƏQİQƏ: Ukrayna Qara dənizdəki qazma qurğularına edilən hücumun əvəzini belə çıxdı
Ukrayna Qara dənizdəki qazma qurğularını vurduğu üçün Rusiyaya cavab verib.

Azia.az “Moskovski Komsomolets”ə istinadən istinadən xəbər verir ki, iyunun 20-də səhər saatlarında Kiyev “Çernomornefteqaz” qazma qurğusuna hücum edib. Ekspertlər bunun Ukrayna üçün yaxşı nəticələnməyəcəyini bildiriblər.


Ukrayna Silahlı Qüvvələri döyüş təyyarələri, patrul katerləri və sahil raket sistemlərindən istifadə edərək “Çernomornefteqaz”ın üç qazma qurğusuna hücum edib. Bu, Volodimir Zelenskinin iyunun 18-də Rusiya Silahlı Qüvvələrinin Şebelino, Qubenix və Kremençuqdakı neftayırma zavodlarına endirdiyi zərbəyə cavab vədindən sonra həyata keçirilib. Məhz bu müəssisələr Ukrayna ordusunun Donbassdakı bölmələrini yanar materiallarla təmin edib.

Bildirilir ki, Kiyevin cavab zərbələri endirilərkən platformada yalnız mülki işçilər olub. İki nəfər yanıq, biri isə qəlpə yarası alıb. Yeddi nəfərin taleyi məlum deyil.

Ukraynalı müxalif siyasətçi Oleq Tsarev Rusiyanın Ukraynanın enerji resurslarına və yarımstansiyalarına zərbələr endirməsi fonunda ölkənin ümumiyyətlə işıqsız qala biləcəyi ehtimalını şərh edib. O, rus hərbçilərinin niyə Ukraynaya elektrik enerjisini hələ də kəsmədiyindən təəccübünü gizlətməyib. Tsarev bunu Rusiyanın Ukraynanın infrastruktur obyektlərinə zərbələr endirməkdən çəkinməsi ilə əlaqələndirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi