azia.az
azia.az

Hansı məbləğ qarşılığında Azərbaycana dönməyə razılıq verib?

Bu gün, 14:38

Bildirilir ki, “Sabah”dan tanınan Boyan Letiç karyerasını Azərbaycanda davam etdirəcək.

Bosniya və herseqovinalı müdafiəçi “Araz-Naxçıvan”la anlaşıb.

Tərəflər arasında 1 illik müqavilənin imzalanması nəzərdə tutulub.

2022-2026-ci illər aralığında “bayquşlar”ın formasını geyinmiş Bosniya və Hersoqovina millisinin sabiq üzvü Timoteuş Puxaçın gəlişindən sonra Valdas Dambrauskasa lazım olmamışdı.

Belədə, bu ilin yanvarında “Sabah” Boyanla yollarını ayırmaq qərarını vermişdi.

“Sabah”ın tarixinə ən çox oyun keçirən ikinci futbolçu kimi tarixə düşən Letiç 4 il ərzində 125 qarşılaşmada meydana çıxmaqla 7 qol vurub, 20 qolun ötürməsini verib.

O, həm də “bayquşlar”ın avrokuboklarda ilk qolunun müəllifidir.

Balkanlı son olaraq ölkəsində çıxış edib. Yüksək liqada yarışan “Sloqa Meridian”ın formasını geyinib.

“Araz-Naxçıvan” 34 yaşlı sol cinah oyunçusunu normal məbləğ qarşılığında ölkəmizə dönməyə razı salıb.

Letiç burada keçirəcəyi hər ayda 5000 dolların üstündə əməkhaqqı alacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi