azia.az
azia.az

Rusiya Dünya Turizm Təşkilatından çıxıb

12-06-2022, 12:46


Rusiyanın Baş naziri Mixail Mişustin ölkənin Dünya Turizm Təşkilatından (UNWTO) çıxması haqqında sərəncam imzalayıb.
Rusiya Dünya Turizm Təşkilatından çıxıb
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.

Sərəncama əsasən “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Dünya Turizm Təşkilatından çıxması ilə bağlı aidiyyəti federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifi qəbul edilib.

Rusiya hələ aprelin 27-də Ukraynadakı müharibə və ölkəyə qarşı sanksiyaların tətbiqi fonunda “fəaliyyətinin siyasiləşdirilməsinə görə” UNWTO-dan çıxmaq niyyətini açıqlayıb. Təşkilatın baş katibi Zurab Pololikaşvili Rusiya Dünya Turizm Təşkilatından çıxması ilə bağlı niyyətini açıqlayıb.

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) proqnozuna görə, ölkənin təşkilatı tərk etməsindən iqtisadi itkiləri sıfıra bərabər olacaq.“Report”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi