Rusiya AÇIQLADI: “3-cü dünya müharibəsi BAŞLADI, biz bu savaşda NATO-ya qarşı VURUŞURUQ”
“Prezident Vladimir Putinin Ukraynada başlatmış olduğu üsusi əməliyyatların uzanmasının səbəbi Rusiyanın NATO-ya qarşı Üçüncü Dünya Müharibəsində iştirak etməsidir”.
Azia.az bildirir ki, bu sözləri Rusiyanın “Rossiya 1” kanalının aparıcısı Olqa Skabeyeva deyib.
O, yaşanan son gərginliyi açıq şəkildə 3-cü Dünya Müharibəsi olaraq qələmə verib:
“Biz mütləq NATO-nun özünə qarşı mübarizə aparırıq” deyə aparıcı bildirirb.
Vurğulayaq ki, sözügedən verilişdə iddia edilib ki, ukraynalılar öz ölkələrində rus əsgərlərini görməkdən xoşbəxtdirlər və rusların soyqırım törətdiyini düşünmürlər.
Mənbə:My Webpage