azia.az
azia.az

Estoniya Putinin tarix barədə dediklərinə sərt reaksiya verdi

11-06-2022, 17:23

Estoniya Putinin tarix barədə dediklərinə sərt reaksiya verdi
Estoniyanın Xarici İşlər Nazirliyi iyunun 10-da Rusiyanın bu ölkədəki səfiri Vladimir Lipayevə etiraz notası təqdim edib

Estoniyanın Xarici İşlər Nazirliyi iyunun 10-da Rusiyanın bu ölkədəki səfiri Vladimir Lipayevə etiraz notası təqdim edib.

Nazirliyin məlumatına görə notada “prezident Putinin bu yaxınlarda tarixə aid dediklərinə etiraz bildirilir.

Estoniya XİN-də Rusiya səfirinə bildirlib ki, Rusiya prezidentinin Estoniyanın Narva şəhəri barədə dedikləri, xüsusilə də Rusiyanın Ukraynaya müdaxilə etdiyi bir vaxtda təəssüf doğurur.

Estoniya XİN-in məlumatında deyilir:

“Beynəlxalq hüquqa hörmət göstərməkdən və dövlət suverenliyi və ərazi bütövlüyü prinsiplərindən çıxış etməkdənsə, Rusiya özünün imperialist ambisiyalarının həyata keçirilməsi üçün ordudan başqa, həm də tarixin saxtalaşdırılması da daxil, propaqandadan istifadə edir. Belə yanaşma iflasa məhkumdur və son nəticədə Rusiyanın özü üçün təhlükəli ola bilər”.

Putin nə demişdi?

Rusiya prezidenti Vladimir Putin iyunun 9-da gənc sahibkarlarla görüşündə deyib ki, Rusiya imperatoru I Pyotr 1700-1722-ci il Şimal müharibələrində İsveçdən torpaq qoparmayıb.

Onun sözlərinə görə I Pyotr rus torpaqlarını “qaytarıb” və “möhkəmləndirib”.

Putin deyib ki, “indi bizim taleyimizə də torpaqları qaytarmaq və möhkəmləndirmək düşüb”.

Putin bəyan edib ki, I Pyotrun qəsb etdiyi torpaqlarda əslər boyu fin-uqor xalqları ilə yanaşı slavyanlar da yaşayıblar.

O əlavə edib ki, bu torpaqlar həmişə Rus dövlətinin nəzarətində olub.

Putin misal olaraq əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyulmuş Sankt Peterburq şəhərindən danışıb.

O deyib ki, əvvəcə Avropanın ölkələri bu əraziləri Rusiya ərazisi kimi tanımırdılar.

Narvanın qopardılması söhbəti

Putin bu söhbəti zamanı Estoniyanın Narva şəhəri barədə də iddialar səsləndirib.

Tarixdə qeyd olunduğuna görə 1700-cü ildə, Şimal müharibəsinin lap əvvəllərində isveçilər Rusiya ordusunu Narva yaxınlığında baş vermiş döyüşdə məğlub ediblər.

Lakin bundan bir neçə il sonra Rusiya Narvanı və bütün Estoniya ərazisinə nəzarəti ələ qala bilib.

Tallinndə I Pyotrun ev-muzayi var.

Rusiya rəsmən Estoniyaya qarşı heç bir ərazi iddialarının olmadığını bildirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi