Ukrayna Atom Enerjisi Təşkilatı: “Rusiya hərbçiləri 11 əməkdaşımızı oğurlayıb“
"Rusiya hərbçiləri son bir həftə ərzində Ukraynanın Zaporoje vilayətinin Enerqodar şəhərinin 20-yə yaxın sakinini oğurlayıblar”.
Xəbər verilir ki, bu barədə Ukrayna Atom Enerjisi Təşkiları açıqlama yayıb.
Məlumata görə, oğurlananlardan 11-i Zaporoje Atom Elektrik Stansiyasının əməkdaşıdır.
“Müvəqqəti olaraq işğal altında olan Enerqodar şəhərində Rusiya işğalçılarının yerli sakinləri oğurlaması davam edir. Son bir həftə ərzində Zaporoje Atom Elektrik Stansiyasının 11 əməkdaşı olmaqla şəhərin 20 dinc sakinini oğurlayıblar. Onların yeri hələ də məlum deyil”, - açıqlamada qeyd olunub.