Obama Putinə “qırmızı telefon”la xəbərdarlıq edib
"NBC" kanalından sensasion iddia
Barak Obama ABŞ-da keçirilən prezident seçkilərindən əvvəl Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, seçkilərə hər hansı bir müdaxilənin silahlı qarşıdurmaya səbəb olacağını deyib.
Bu barədə NBC kanalı məlumat yayıb.
Xəbərdə Obamanın 31 oktyabrda ABŞ və rus liderlərinin birbaşa əlaqə yaratması üçün hazırlanmış “qırmızı telefon”dan ilk dəfə istifadə edərək, dramatik bir addım atdığı bildirilib.
Telefon danışığı zamanı Ağ Ev rəhbəri Putinə kiber hücumlarla bağlı xəbərdarlıq edib və seçkilərə müdaxilənin silahlı qarşıdurmaya səbəb olacağını xatırladıb.
Bu faktın üzə çıxmasından sonra Ankarada rus səfirin öldürülməsinin seçkilərə müdaxilə ilə əlaqəli olduğu iddia edilir.
NBC kanalı soyuq müharibə dövründə əlaqə vasitəsi olan “qırmızı telefon”dan 11 Sentyabr hadisələri kimi fövqəladə hallarda istifadə olunduğunu qeyd edib.
Xatırladaq ki, MKİ və digər kəşfiyyat təşkilatları Trampın prezident seçilməsində Rusiyanın barmağı olduğunu dəfələrlə vurğulayıb(Axar.az).