Ukraynada “kasıb balaları” cəbhədə ölür, varlılar isə...
Ölkədən qaçanlar sırasında sabiq prezidentin iki oğlu da var
Ukraynada əhalinin səfərbərliyi davam edərkən, bəzi yüksək hakimiyyət orqanları nümayəndələri ailələrinin təhlükəsizliyindən narahatdır. Bir çox ukraynalı siyasətçilər uzun müddətdir ki, qohumlarını xaricə göndəriblər. “Moskovski Komsomolets” Zelenski, Kliçko, Poroşenko və Meydandakı digər dövlət xadimlərinin ailələrini gizlətdiyi ölkələr haqqında məlumat toplayıb.
Ukrayna mətbuatının yazdığına görə, prezident Zelenskinin bütün dünyada çoxlu daşınmaz əmlakı var. Məsələn, İtaliyada, Böyük Britaniyada, ABŞ-da... Tanınmış “NEZYGAR” Telegram kanalı Ukrayna prezidenti Zelenskinin valideynlərinin may ayından günəşli İsraildə olduğunu yazıb. Bu məlumatlara əsasən, onlar artıq yəhudi dövlətində yaşayırlar və heç də kasıb olmayan həyat sürürlər. Mənbənin məlumatda deyilir ki, Zelenskinin valideynləri İsrail vətəndaşlığını alıblar və Rişpon şəhərində 8 milyon dollarlıq bağ evinin sahibi olublar. Bağ evinin ümumi sahəsi 950 kvadratmetrdir, buraya 9 ton dəniz suyu üçün kiçik hovuz və 120 metrlik ev daxildir. Keçmiş SAS əməkdaşlarından təşkil olunmuş mühafizə xidmətinə yaşlı Zelenskiləri qoruyan dörd cangüdən də daxildir. İddiaya görə, təhlükəsizlik xidmətinin ümumi aylıq xərci təxminən 12 min funt sterlinqlik xərclənir. Ayda 12 min funt sterlinq belə bir obyektin qorunması üçün ödəmək kifayət qədər məqbul qiymət hesab olunur. Yaşlı cütlüyün ixtiyarında iki zirehli “Lexus”da var. Məlumata görə, ukraynalı milyarderlər İqor Kolomoyski və Gennadi Boqolyubovun qohumları da Ukrayna prezidentinin valideynləri ilə qonşudular. Başqa bir milyarder Mixail Proxorovun evinə isə Zelenskilər ailəsindən 10 dəqiqəyə piyada yoldur.
Zelenskinin arvadı Yelenaya gəlincə, o, ayın əvvəlində Ujqorodda Co Baydenin arvadı ilə görüşüb, yəni bəzən Ukraynaya gedir. Mart ayında isə paparatsilər Ukrayna prezidentinin həyat yoldaşını Fransa Nitsasında görüntüləyiblər. Çox güman ki, Yelena Zelenskaya sakit Avropa ölkələrinə üstünlük verir və ərinin ehtiyacı olduğu halda, Ukraynaya uçur.
Bu günlərdə Zelenskinin icazəsi ilə ölkəni tərk edən sabiq prezident Petro Poroşenkonun ailəsi də uzun müddətdir ki, ölkədən kənarda yaşayırlar. Poroşenkonun ailəsi ötən ilin sonundan Londondadır. Xüsusilə, söhbət onun Ukraynada səfərbərlik yaşına düşən iki oğlundan gedir. Poroşenkonun Ukraynanın 8-ci çağırış xalq deputatı olmuş böyük oğlu Aleksey də 2021-ci il dekabrın 24-də Kiyev-Sürix reysi ilə Yeni il tətilinə yola düşüb və bir daha geri qayıtmayıb.
Keçmiş daxili işlər naziri Arsen Avakov və Ukrayna prezidentinin müavini Kirill Timoşenko külli miqdarda vəsaiti xarici hesablara çıxarıb, həm də öz yaxınlarını vaxtında xaricə göndəriblər. Timoşenko ailəsi ömürlük Böyük Britaniyanı seçib. Sabiq spiker Aleksandr Turçinovun ailəsi də ölkədən tez qaçıb, lakin dəqiq harada olduqları məlum deyil.
Sabiq baş prokuror Arseni Yatsenyuk Amerika Birləşmiş Ştatlarında, Mayami ştatına yerləşiblər. Kiyev meri Vitali Kliçko və onun qardaşı Vladimirin ailələri da xaricdədirlər.
Orxan ƏLİYEV,