Rəsmi Bakı Zelenskinin xahişini yerinə yetirəcəkmi? – “Moskva ilə danışmaq olar...”
"Ukraynada Bakının Moskva ilə əsir ukraynalıların azad edilməsi məsələsini müzakirə etmək imkanının olduğunu anlayırlar. Hesab edirəm ki, belə bir təklif Azərbaycan üçün də məqbuldur. Çünki rəsmi Bakı münaqişələrin tənzimlənməsi və humanitar sahədə bütün əməkdaşlığa açıqdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevdən Rusiyada, həmçinin işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istəməsini şərh edərkən deyib:
Keçid
Hədiyyəniz Optimalda
"İki ölkənin nəzərində də rəsmi Bakı etibarlı tərəfdaşdır. Bundan başqa, Azərbaycan Prezidentinin şəxsi nüfuzu da bu məsələdə mühüm amildir. Azərbaycan Ukrayna əleyhinə koalisiya və ya qanun layihələrində yer almadığı kimi, Rusiya əleyhinə yaradılan ittifaqlarda da yoxdur. Bu məsələdə Azərbaycan tərəfi Ukraynaya yardım edə, Moskva və Kiyev arasında vasitəçi ölkə ola bilər”.