İraq ordusu əl-Falucanın İŞİD-dən azad edilməsi üçün əməliyyata başladı
İraqın Silahlı Qüvvələri əl-Falluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib.
“Əl-Faluca şəhərinin azad edilməsinin vaxtı çatıb”, deyə baş nazir bildirib.
Bildirilir ki, əməliyyatda ordu ilə yanaşı hökuməti dəstəkləyən könüllülər də iştirak edir.