azia.az
azia.az

İsrail lazer sistemini sınaqdan keçirdi

15-04-2022, 07:39

İsrail lazer sistemini sınaqdan keçirdi
İsrail lazer sistemini sınaqdan keçirdi
İsrail Müdafiə Nazirliyi və “Rafael” şirkəti raket və PUA-ları yaxalayan lazer sisteminin uğurlu sınağını keçirib. Xəbər verilir ki, bu barədə İsrail MN məlumat yayıb.
“PUA, minaatan mərmisi, raket və tank əleyhinə raket uğurla məhv edilib”, - deyə bildirilib.

Müdafiə naziri Benni Qantz lazer raketdən müdafiə sisteminin ilk uğurlu sınaqlarını qlobal sıçrayış adlandırıb:

“İndi məqsədimiz sistemi mümkün qədər tez işə salmaqdır. Bu bizi effektiv, qənaətcil və innovativ mühafizə vasitələri ilə təmin edəcək", - Qantz bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi