azia.az
azia.az

Türkiyə dünyanın ilk lazer silahlı PUA-sını sınaqdan keçirdi

11-12-2021, 12:10


Türkiyə dünyanın ilk lazer silahlı PUA-sını sınaqdan keçirdi
Türkiyə istehsalı olan dünyada ilk lazer silahı ilə təchiz edilmiş “Eren” PUA-sı 500, 300 və 100 metr məsafədən uğurla atış sınaqalarını yerinə yetirib.
Türkiyə dünyanın ilk lazer silahlı PUA-sını sınaqdan keçirdi
Azia.az xəbər verir ki, “Eren” pilotsuz uçuş aparatı TÜBİTAK və ASİSGUARD müdafiə şirkətləri tərəfindən Təhlükəsizlik Baş İdarəsinin kriminalistika şöbəsinin koordinasiyası ilə hazırlanıb və lazer silahlarından istifadə edərək uzaqdan partlayıcı elementləri zərərsizləşdirə bilir.“Eren”-in maksimum uçuş hündürlüyü 3000 metrdir.

PUA ilk dəfə olaraq Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi idarəsi tərəfindən “Dövlət Dəstəyi və Təşviq Proqramları haqqında məlumatlandırma günləri” çərçivəsində ATO Congresium Sərgi Mərkəzində təqdim edilib. Teleqraf.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi