Ruslar daha bir meri əsirlikdən azad etdi
Rusiya orudusu Ukraynanın Xerson vilayətinin Berislav şəhərinin meri Aleksandr Şapovalovu əsirlikdən azad edib.
Xəbər verilir ki, bu barədə Berislav Şəhər Şurasının saytı məlumat yayıb.
"Dünən saat 11 radələrində Berislav şəhərinin meri Aleksandr Şapovalov əsirlikdən azad edilib. Bu, hamı üçün 16 uzun və çətin gün idi", deyə açıqlamada bildirilir.
Merin hazırda evində olduğu və normal həyata qayıtmağa çalışdığı qeyd edilir. Onun səhhətində problem yoxdur.