azia.az
azia.az

Buça dəhşəti: Küçələr əlibağlı meyitlərlə doludur (FOTO)

3-04-2022, 09:05

Buça dəhşəti: Küçələr əlibağlı meyitlərlə doludur (FOTO)
Kiyev vilayətinin Rusiya hərbçilərindən azad edilən Buça şəhərinə daxil olan Ukrayna hərbçiləri burada 280 insanın dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıblar.

Qaynari fo AFR-ə istinadla xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk bildirib.

Onun sözlərinə görə, şəhərin dağıdılmış küçələri meyitlərlə doludur.

Şəhər rus qoşunlarından azad edildikdən sonra təkcə bir küçədə mülki geyimli azı 20 kişinin cəsədi tapılıb.

"Küçələrdə əli bağlı, rus əsgərləri tərəfindən güllələnərək öldürülən insanların cəsədləri var. Bu adamlar hərbçi deyildilər. Onların silahları yox idi. Təhlükə yaratmırdılar. Görəsən hazırda işğal altında olanərazilərdə neçə belə hadisə baş verir?"-mer bildirib.
Buça dəhşəti: Küçələr əlibağlı meyitlərlə doludur (FOTO)
Buça dəhşəti: Küçələr əlibağlı meyitlərlə doludur (FOTO)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi